`Qarabağın həlli üçün addımlar atılmalıdır` - ABŞ səfiri

`Qarabağın həlli üçün addımlar atılmalıdır` - ABŞ səfiri
  08 Fevral 2016    Oxunub:1967
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Xocalı anım qrupu”nun nümayəndələri ilə görüşüb.
AzVision.az-ın səfirliyin “Twitter” səhifəsinə istinadən verdiyi məlumata görə, görüşdə onların faciə haqqında fikirləri öyrənilib.

ABŞ səfiri qeyd edib ki, keçmiş faciələr yad olunmalıdır və təkrar faciələrin qarşısını almaq üçün barışıq səyləri ilə irəliləmək lazımdı.

R.Sekuta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün tərəflərin addımlar atmaq zəruriyyətini qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  






Xəbər lenti