Türkiyə təyyarəsi Bakıda məcburi eniş edib

Türkiyə təyyarəsi Bakıda məcburi eniş edib
  08 Fevral 2016    Oxunub:3214
Fevralın 6-da "Türk Hava Yolları"nın təyyarəsi Bakıda məcburi eniş edib.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə AZAL-dan bildiriblər.

Məlumata görə, fevralın 6-da, saat 09:30-da Dehli-İstanbul marşrutu üzrə hərəkət edən "Boeing 777" təyyarəsi göyərtədə kənar əşyanın (mobil telefon) olması səbəbindən Bakıda məcburi eniş edib.

Təkrar yoxlama prosedurundan sonra təyyarə uçuşu davam etdirib.

Qeyd edək ki, təyyarənin göyərtəsində 331 sərnişin və 14 ekipaj üzvü olub.

AzVision.az




Teqlər:






Xəbər lenti