“MTN işi” ilə bağlı məhkəmə - Həbs müddətləri uzadıldı
Həmin şəxslər barəsində həbs qətimkan tədbirinin uzadılmasına start verilib.
Həbs edilmiş şəxslər barəsində həbs müddəti daha dörd ay artırılıb.
Qeyd edək ki, 2015-ci ilin oktyabr ayının 20-də Baş Prokurorluğun yaydığı məlumata görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub.
Cinayət işi üzrə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, oktyabr ayında həbs edilən Antiterror Mərkəzinin sabiq rəis müavini polkovnik İlqar Əliyev dekabrın 20-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


