TQDK “elektron imza” xidmətini genişləndirir

TQDK “elektron imza” xidmətini genişləndirir
  08 İyul 2013    Oxunub:1277
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əhaliyə elektron xidmətlərin göstərilməsi və dövlət orqanları ilə məlumat mübadiləsi proseslərini daha da təkmilləşdirilmək və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə növbəti addım atıb.
AzVision.az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Milli Sertifikasiya Xidmətləri Mərkəzindən elektron sənədi təsdiq edən elektron imza alınıb.

Elektron imzanın gizli açarlarının təhlükəsiz saxlanılmasını təmin edən avadanlıq əldə edilib quraşdırılıb.

Nəticədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət orqanlarına və əhaliyə internet üzərindən təqdim olunmaq üçün onlayn rejimdə hazırladığı elektron materialları (siyahı, informasiya sistemlərindən çıxarış və s.) insan müdaxiləsi olmadan elektron imza ilə təsdiqləmək imkanı əldə edib.

Qeyd edək ki, artıq ümumi təhsili həyata keçirən təhsil müəssisələri cari ildə keçirilmiş ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin nəticələrini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına gəlmədən internet üzərindən elektron imza ilə imzalanmış şəkildə əldə edirlər.



Teqlər:  





Xəbər lenti