Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəxalq Hərbi İdman Şurasının prezidenti və Kamerun prezidentinin müdafiə məsələləri üzrə müşaviri polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, görüşdə Bakıda keçirilən hərbçilər arasında birinci Dünya Futbol kubokunun gedişatı barədə söhbət aparılıb. Qonaq yarışın yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.