`Samovar`da qumarxana aşkar edildi

`Samovar`da qumarxana aşkar edildi
  09 Fevral 2016    Oxunub:1836
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən çay evlərindən birində qumarxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş İdarəyə daxil olmuş məlumat əsasında paytaxtın Binəqədi rayonu ərazisindəki "Samovar" çay evində qumar oyunları keçirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə qumar oyunlarını təşkil edən və iştirakçı olan 5 nəfər saxlanılıb.

Baxış zamanı oradan "poker" oyun kartları, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.

Araşdırmalarla obyektin gündüzlər çay evi, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərməsi, həmçinin Ağcabədi rayon sakini Alxas Abbasovun Yevlax rayon sakini Fazil Səfərəliyevlə əlbir olaraq bir neçə aydır ki, orada belə qanunsuz fəaliyyətlə məşğul olmaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti