Azərbaycanda “donuz qripi”nə qarşı vaksin yoxdur

Azərbaycanda “donuz qripi”nə qarşı vaksin yoxdur
  09 Fevral 2016    Oxunub:2756
““Donuz pripi” və digər təhlükəli viruslar əleyhinə dövlət xəstəxanalarında vaksinlər yoxdur. Kim istəyirsə, özəl klinikalarda peyvənd oluna bilər”.
Bunu AzVision.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva deyib.

O, bildirib ki, Azərbaycanda qrip əleyhinə vaksinasiyanın aparılmasına ehtiyac yoxdur. Çünki ölkəmizdə AH1N1 virusu qeydə alınmayıb: “Bu vaxta kimi “donuz qripi” aşkar olunmadığına görə, Azərbaycanda belə bir peyvəndləşmənin aparılmasına ehtiyac yoxdur. Amma qrip əleyhinə vaksinlər özəl klinikalarda var. Vətəndaşlar müraciət edərək peyvənd oluna bilərlər. Özəl klinikaların bəzilərində bir çox virus seratiplərinə, eləcə də AH1N1 virusuna qarşı da inaktivləşdirimiş qrip vaksini var. Bizdə “donuz qripi” üçün ayrıca vaksin yoxdur. Lakin 2014-2015-ci illərdə bütün dünyada istifadə olunan peyvəndlərin əksəriyyəti üç valentli vaksinlərdir. Yəni onların tərkibində müxtəlif virus ştamblarına qarşı, eyni zamanda da AH1N1 virus stamina qarşı komponent var. Dövlət tibb müəssisələrində immunoprafilaktika 0-6 yaşa qədər uşaqlarda pulsuz aparılır. Lakin qrip peyvəndi bizim immunoprafilaktika təqvimində yoxdur”.

Afaq Əliyeva onu da bildirib ki, Azərbaycanda qrip əleyhinə vaksinasiya planlı qaydada aparılmadığından dövlət müəssisələrində qrip üçün peyvənlər mövcud deyil.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti