Nazir Aygünlə İlhaməyə səsləndi: `Bu adı alçaltmayın...`

Nazir Aygünlə İlhaməyə səsləndi: `Bu adı alçaltmayın...`
  10 Fevral 2016    Oxunub:5067
“İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycanda bəzi xalq artistləri arasında yaranan gərginliyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, xalq artisti, yaxud digər insanlar öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, öz haqqında ciddi düşünməlidir:

“Bəzən soruşurlar ki, nazirlik buna necə reaksiya verir? Hər hansı insan mənim yerimdə otursun, buna necə reaksiya verər? Bu sadəcə, mənəvi baxımdan xalqlımızın mədəniyyətini alçaldan və özünü xalq qarşısında məyus etməkdən başqa bir şey deyil. Bu adı daşıyan, cənab prezident tərəfindən yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır, sözlərinə, ifadələrinə nəzarət etməlidir”.

Ə.Qarayev qeyd edib ki, sənət adamlarının bu hərəkətləri xalqın qarşısında özlərini məyus etməkdən başqa bir şey deyil.

Qeyd edək ki, son günlər xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova, Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaranıb. Onlar bir-birlərini müxtəlif məsələlərdə, o cümlədən cinayət xarakterli hərəkətlərə yol verməkdə ittiham edirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti