Sahibkarlara xəbərdarlıq edildi
AzVision.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin 1 saylı Vergi Departamentinin rəisi Natiq Şirinov deyib.
Vergi ödəyicilərinin bəzən vergidən yayındığını deyən Natiq Şirionov qeyd edib ki, bu sahədə şəffaflığı təmin etmək üçün elektron mühasibat uçotunun təmin olunması, elektron qaimənin və elektron auditin genişləndirilməsi vacibdir:
“Sahibkarlar məsuliyyətli olmalıdır, vergiləri tam ödəməlidirlər. Bunu etmək üçün vergi uçotu düzgün aparılmalıdır. Ötən il çox ciddi addımlar atılıb. Bu istiqamətdə daha ciddi işlər aparılmalıdır və biznes ictimaiyyətinin təklifləri nəzərə alınmalıdır.
Məsələn, investisiya təşviqi sənədini almış şəxsin vergidən azad edilməsi, maliyyə sektorunun təşviq edilməsi məqsədilə fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin vergidən azad edilməsi, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirlərinin vergidən azad edilməsi bu sahənin stimullaşdırılmasına səbəb ola bilər”-deyə Natiq Şirinov bildirib.
Gültəkin Ələsgər
AzVision.az