Azərbaycanda iki yeni komitə yaradılır

Azərbaycanda iki yeni komitə yaradılır
  10 Fevral 2016    Oxunub:4811
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq.
Bunu Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, hazırda Dövlət Komitəsinin nəzdində 9 texniki komitə fəaliyyət göstərir:

“Hazırda enerji səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi ilə bağlı yeni iki texniki komitənin yaradılması istiqamətində iş aparılır”.

A.Əşrəfov diqqətə çatdırıb ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də Apellasiya Şurası yaradılıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti