Prezident kolumbiyalı naziri qəbul edib

Prezident kolumbiyalı naziri qəbul edib
  08 İyul 2013    Oxunub:1210
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Kolumbiyanın xarici işlər naziri xanım Maria Anxela Olqin Kueyarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, bu münasibətlərin siyasi, iqtisadi, mədəni, beynəlxalq əməkdaşlıq və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu, əməkdaşlığın möhkəmləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmi vurğulanıb.

Xanım Maria Anxela Olqin Kueyarın Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az




Teqlər:





Xəbər lenti