Bakı `Formula -1`ə hazırlaşır - FOTOLAR

Bakı `Formula -1`ə hazırlaşır - FOTOLAR
  10 Fevral 2016    Oxunub:2982
Bu ilin iyun ayında keçiriləcək `Formula-1` yarışı ilə əlaqədar paytaxt Bakıda hazırlıq işləri davam etdirilir.
AzVision.az xəbər verir ki, hazırda Bakının yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri aparılır.

Yarışları keçirəcək “Baku Grand Prix” şirkətinin məlumatına görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub.

Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək.

Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək.

Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.

Uzunluğu 6 km olacaq trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.

Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti