`Şou-biznes nümayəndələri bizi başa düşmür` - Nazirlik

`Şou-biznes nümayəndələri bizi başa düşmür`  - Nazirlik
  10 Fevral 2016    Oxunub:3374
“Bəzən şou-biznes nümayəndələri bizi başa düşmür, bəzən isə biz onları başa düşmürük”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini qeyd edib ki, vergidən yayınma dünyanın bütün ölkələrində və bütün sahələrində var:

“Təəssüflər olsun ki, Azərbaycanda bu var. Bununla bağlı vergi orqanları tərəfindən ciddi tədbirlər görülür. Tək şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması məsələsinə baxsaq, keçən ilin dekabr ayında büdcəyə vergi daxil olması 11 aydan 2 dəfə çoxdur.

Burada əsas məqsəd şou-biznes nümayəndələrini maarifləndirməkdir. Onlar vergilərini hesablasınlar və dövlət büdcəsinə ödəsinlər. Çətin və bir qədər ağrılı prosesdir. Bəzən bizi tam anlamırlar, bəzən isə biz onları anlamırıq. Amma düşünürəm ki, bu sahədə hərəkət var və rəqəmlər də bunu göstərir. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələlər də həllini tapacaq” –deyə S.Ələkbərov bildirib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti