`Pul qazanmaq lazımdır...` - Nazir Əbülfəs Qarayev
Ə.Qarayev qeyd edib ki, mədəniyyət sahəsində mədəniyyəti bilən, sevən adamlar çox azdır: "Reallıq budur. Mədəniyyətin iqtisadi tərəflərini gücləndirmək lazımdır. Əgər belə olmasa, mədəniyyət müəssisələri müflisləşəcək və ixtisarlar çoxalacaq. Mədəniyyət sahəsində işləyənlərin maaşlar azdır. Bu da reallıqdır.
Pul qazanmaq lazımdır, amma yalançılıqla pul qazanmaq olmaz. Maliyyə Nazirliyinin 2015-ci il üzrə apardığı araşdırmalar nəticəsində məlum olub ki, bir çox rayon və şəhərlərin mədəniyyət müəssisələrində yeyinti hallarına yol verilib. Həmin araşdırmanın nəticələri Mədəniyyət və Turizm Nazirliyinə də təqdim olunub. Həmin mədəniyyət müəssisələrində çalışmayan adamların adına maaş yazılır. Belə faktlar var. Bunlar yolverilməzdir. Mən xəbərdarlıq edirəm, bu məsələlər davam etsə, sizin bir çoxunuzla xudafisləşməli olacayıq" (Report