Bakıdan 50 min çıxaran türk tutuldu
F.Bayramovun əl yükünə təkrar baxış keçirilərkən və şəxsi yoxlama aparılarkən ona məxsus çantadan, eyni zamanda üzərindən cəmi 17500 ABŞ dolları aşkar edilib.
Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən və bəyannamə təqdim etməyən Türkiyə Respublikasının vətəndaşı Kalender Ali İhsana məxsus əl yükü də rentgen aparatıyla yoxlanılarkən monitorda pul əskinaslarının təsviri görünüb.
Təkrar baxış zamanı Kalender Ali İhsanın çamadanından 49000 ABŞ dolları, üzərində şəxsi yoxlama aparılarkən isə pul qabından 700 ABŞ dolları aşkar olunub.







Vaxtında, Aydın, Lazımlı!


