Daha bir yol bağlanacaq

Daha bir yol bağlanacaq
  10 Fevral 2016    Oxunub:1228
Bakıda "Formula-1" yarışının keçirilməsi ilə əlaqədar olaraq su borularının dəyişdirilməsi məqsədilə fevralın 10-11-də İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında qalan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq.
Bu barədə "BakuBus" MMC-dən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Qeyd edilib ki, bu küçələrlə gələn avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcək. "BakuBus"a məxsus 6 saylı marşrut avtobusları da müvəqqəti olaraq hərəkət istiqamətini dəyişəcək və Şəhidlər xiyabanı istiqamətində hərəkətinə davam edəcək.


Teqlər:  





Xəbər lenti