“Həmsədrlər Moldovalı ombudsmandan nümunə götürsün”
AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov yap.org.az saytına bildirib.
Əli Əhmədov qeyd edib ki, xanım A.Qriqoriudan ilk növbədə Minsk qrupunun həmsədrləri, ATƏT təmsilçiləri, beynəlxalq qurumların nümayəndələri nümunə götürməlidirlər:
“Azərbaycan torpaqlarının işğalını və Ermənistan işğalçı olduğunu etiraf etmədən münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil. 20 illik eksperimentin bir acı nəticəsi də budur. Hörmətli xanım A.Qriqoriu cəsarətli addımını atdı. Növbə Minsk qrupunun həmsədrlərindədir”.
YAP-ın Sədr müavini Əli Əhmədov “Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər xanım Qriqoriunun cəsarətli hərəkətini erməni tərəfin ənənəsinə uyğun olaraq şantajla qarşılayıb”- deyə, vurğulayıb.
Əli Əhmədov İrəvanda ona təzyiqlər edilməsi, böhtanlar atılması ermənilərin davranış məntiqinə tam uyğun olduğunu bildirb. YAP-ın Sədr müavini qeyd edib ki, Azərbaycan ictimaiyyəti, diaspora təşkilatları xanım Qriqoriunu erməni tərəfin həyasız təzyiqlərindən, şantaj və böhtanlarından qorumalı, ona mənəvi dəstək olmalıdır: “Yeni Azərbaycan Partiyasının gəncləri xanım Aurelia Qriqoriuna dəstək aksiyasına başlayıb. Mən bunu alqışlayıram və hesab edirəm ki, təşəbbüs genişlənəcək”.
YAP-ın Sədr müavini Əli Əhmədov “Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər xanım Qriqoriunun cəsarətli hərəkətini erməni tərəfin ənənəsinə uyğun olaraq şantajla qarşılayıb”- deyə, vurğulayıb.
Əli Əhmədov İrəvanda ona təzyiqlər edilməsi, böhtanlar atılması ermənilərin davranış məntiqinə tam uyğun olduğunu bildirib.
YAP-ın Sədr müavini qeyd edib ki, Azərbaycan ictimaiyyəti, diaspora təşkilatları xanım Qriqoriunu erməni tərəfin həyasız təzyiqlərindən, şantaj və böhtanlarından qorumalı, ona mənəvi dəstək olmalıdır:
“Yeni Azərbaycan Partiyasının gəncləri xanım Aurelia Qriqoriuna dəstək aksiyasına başlayıb. Mən bunu alqışlayıram və hesab edirəm ki, təşəbbüs genişlənəcək”.