İlhamə Quliyeva dindirildi - Baş Prokurorluqdan açıqlama

İlhamə Quliyeva dindirildi - Baş Prokurorluqdan açıqlama
  11 Fevral 2016    Oxunub:5298
“Səhhətimdə ciddi problem yoxdur, özümü yaxşı hiss edirəm. Sadəcə, bir müddət əvvəl aldığım müalicəyə görə həkim nəzarətindəyəm. Müstəntiq mənə zəng vurdu ki, açıqlamam lazımdır. Onu evə dəvət etdim, çox sağ olsunlar, hörmət edib gəldilər. Bu, adi qaydadır, qeyri-adi heç nə yoxdur. Məhkəmə yaxınlaşır, mənim bəzi məsələlərə aydınlıq gətirməyim lazımdır”.
İlhamə Quliyeva mediadan baş verən məsələlərlə bağlı onu narahat etməməyi xahiş edib: “Xahiş edirəm, mənə müraciət etməsinlər, heç kimə müsahibə verməyəcəyəm. Yekun söz məhkəmədə deyiləcək. Kim nə yazır yazsın, kim nə danışır, danışsın. Məhkəmədə çox şey açılacaq, qulluqçunun havadarları üzə çıxacaq”.

AzVision.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb.

E. Sultanov həmçinin qeyd edib ki, İ. Quliyevanın səhhəti nəzərə alınaraq ifadə müğənninin yaşadığı mənzildə alınıb.

**

Müğənni İlhamə Quliyeva ötən gün prokurorluq əməkdaşları tərəfindən dindirilib.AzVision.az xəbər verir ki, bu haqda informasiyanı musavat.com yayıb. Xəbərə görə, dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.

Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror müğənninin evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmaş araşdırmalar çərçivəsində baş tutduğu deyilir.

Baş Prokurorluğun mətbuat xidməti saytın sorğusuna cavab verəcəyini bildirib.


Teqlər:  





Xəbər lenti