Nazir deputatları qəbul edib

Nazir deputatları qəbul edib
  09 İyul 2013    Oxunub:1283
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatlarından ibarət nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən nazir Elmar Məmmədyarov belə səfərlərin bu münasibətlərə böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən E.Məmmədyarov bu münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb. BMT TŞ-nin dörd məlum qətnaməsinin hələ də yerinə yetirilməməsindən təəssüfləndiyini qeyd edən nazir hazırkı status-kvonun qəbuledilməz olduğunu bəyan edib.

Avropa Parlamentinin deputatları Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini və ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, eləcə də regionda həyata keçirilən nəhəng enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti