`Erməni çobanı biz öldürməmişik` - Müdafiə Nazirliyi
“Dəfələrlə səsləndirilən fikri bir daha diqqətə çatdırırıq ki, ermənilərdən fərqli olaraq Silahlı Qüvvələrimiz beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini və mülki obyektləri atəşə tutmur. Erməni tərəfinin yaydığı məlumatda diqqət çəkən məqamlardan biri də adı çəkilən kəndin qoşunların təmas xəttindən xeyli aralıda yerləşməsidir. Əminliklə bildiririk ki, Akop Ambarsumyan adlı şəxsin ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur”.
Qeyd edək ki, bu gün Ermənistan KİV Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalini və mülki obyektləri atəşə tutması, nəticədə A. Ambarsumyan adlı çobanın aldığı güllə yarasından öldüyü barədə məlumat yayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


