Səlim Müslümov tapşırıq verdi
DSMF sədri Səlim Müslümov son illər Fondun maddi-texniki bazasının möhkəmləndirildiyini, infrastrukturun tamamilə yeniləndiyini önə çəkərək, ümumilikdə pensiyaçılara və sığortaolunanlara yüksək səviyyədə xidmət göstərmək və işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədi ilə respublikanın 70-dən yuxarı rayonunda yerli şöbələr üçün hər cür müasir avadanlıq və texniki vasitələrlə təmin olunmuş yeni inzibati binaların tikilib istifadəyə verildiyini vurğulayıb. “Hər bir rayon şöbəsində müasir informasiya texnologiyalarına əsaslanaraq yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə, sığorta-pensiya sistemində vətəndaş – məmur kontaktlarının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə hesablanıb”.
S.Müslümov avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün görülən işlərin tamamlanmaq üzrə olduğunu deyərək, bu prosesin yüksək səviyyədə icrası üçün yerli şöbələrin də üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. “Qurulan maddi-texniki baza artıq bizim yaxın günlərdə bu prosesə başlamağımıza tam imkan verir”- deyən DSMF sədri yeni binada çalışacaq kollektivin qarşısında yaradılmış müasir standartlara uyğun olaraq əhaliyə yüksək xidmət göstərmək tələbini qoyub. Xüsusilə işləyən vətəndaşların sosial sığortaya cəlb olunması, bütövlükdə sığortaolunanların uçota alınması məsələlərinin şöbə işçilərinin qarşısında duran əsas vəzifə olduğu vurğulanıb.
Daha sonra tədbir iştirakçıları Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olublar. Binada əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
AzVision.az
Teqlər: