Mərkəzi küçələr bağlanacaq

Mərkəzi küçələr bağlanacaq
  12 Fevral 2016    Oxunub:1427
Bakı şəhəri Neftçilər prospektinin Azneft dairəsinin “Four Seasons” hoteli tərəfdə olan hissəsində asfalt qatının dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri səbəbindən fevralın 13-də şənbə günü saat 06:00-dan etibarən Niyazi küçəsinin bu dairədən İstiqlaliyyət küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.
AzVision.az xəbər verir ki, "Bakı Şəhər Halqası"ından (Baku City Circuit) bildirilib ki, həmin gün həm Neftçilər prospekti, həm də İstiqlaliyyət küçəsi avtomobillərin hərəkətinə açıq olacaq. Niyazi küçəsində tətbiq olunan bu qadağa fevralın 14-də bazar günü səhər saatlarında aradan qaldırılacaq.

Digər tərəfdən, fevralın 14-də səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula-1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar "Qran-Pri"dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.


Teqlər:





Xəbər lenti