Arvadına xəyanət edərkən ölən kişi... - Ötən gün nələr oldu?

Arvadına xəyanət edərkən ölən kişi... - Ötən gün nələr oldu?
  13 Fevral 2016    Oxunub:11476
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 12-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Müdafiə Nazirliyi: 7 erməni məhv edildi

Düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

***

SOCAR rəhbərinin pulunu oğurladılar



“SOCAR Turkey Energy” şirkətinin baş icraçı direktoru Kənan Yavuzun 150 min lirə (80 min manat) pulu oğurlanıb. K. Yavuz ticarət mərkəzində olarkən kredit kartında problem olduğundan banka zəng edib. Bankdan ona verilən cavab K. Yavuzu şoka salıb.

***

Nazirin yeznəsinə yeni vəzifə verildi

Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində nazir Fazil Məmmədovun 13 müşavirinin sayı 7-yə endirilib. Müşavirlikdən azad olunan şəxslər digər vəzifələrə təyinat alıblar.

***

`Azərbaycan böhranla mübarizədə düzgün addımlar atır` – BVF rəhbəri

Azərbaycan ölkənin qarşılaşdığı xarici çağırışların öhdəsindən gəlmək üçün düzgün addımlar atır. Bunu Beynəlxalq valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard bildirib.

***

100 il gözlənilən kəşf – Elmdə böyük hadisə (VİDEO)

Elmdə çoxdan gözlənilən bir hadisə baş verib: qravitasiya dalğaları aşkarlanıb! Bu haqda dünən Vaşinqtonda keçirilən mətbuat konfransında məlumat verilib. Emi kəşfin müəllifi müxtəlif ölkələrdən alimlərin bir araya gəldiyi LIGO qrupudur. Hazırda kollektivə Valeri Mitrofanov başçılıq edir.

***

`Azərbaycanla strateji saziş imzalamağa çalışırıq` - Malena Mard

Hər iki tərəf üçün uyğun olan strateji tərəfdaşlıq sazişi imzalamağa çalışırıq. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib

***

Dərmanlar ucuzlaşacaq



“Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələ hazırda hökumətdə müzakirə olunur”. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.

***

`Belə olsa, vəziyyət düzəlməyəcək` - Parlamentdə müzakirə

“Bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Bələdiyyələr var ki, işçilərə maaş da verə bilmirlər”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Parlamentdə müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzə haqqında danışarkən deyib.

***

Avtobus sürücülərinə qadağa qoyuldu

Azərbaycanda sərnişin daşıyan avtobus sürücüləri üçün qoyulan tələblər dəyişdirilir, bu fəaliyyətlə məşğul olmaq üçün maksimum yaş məhdudiyyəti tətbiq ediləcək. Bu "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

***

Evli kişi arvadına xəyanət edərkən öldü - FOTOLAR



Qusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub. Bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər 09 radələrində Hil kəndində yeni tikilmiş, amma hələlik yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb.

***

`Qarabağdakı vəziyyəti diqqətlə izləyirik` - NATO-nun baş katibi

“Hazırda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin münaqişə ilə bağlı vəziyyətin gərginləşdirilməsindən qaçmaq üçün iradə nümayiş etdirməsi vacibdir”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq “Azadlıq” radiostansiyasına müsahibəsində deyib.

***

Siyavuş Novruzov: `Siqaret çəkib, söyüş söyürlər...`

"Bu gün ölüm hadisələrinin çoxu avtobuslarda olur. Bu da sürücülərin daxili qayda-qanunları lazımi səviyyədə bilməməsindən irəli gəlir”. Bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

***

`Qarabağ sülh yolu ilə həll olunmalıdır`

“Çox həssas problem olan Dağlıq Qarabağ münaqişəsinin həllinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) cəlb olunmayıb.” Bunu Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.

***

Xristian dünyası müsəlmanlara qarşı birləşir - Tarixdə ilk görüş

Bu gün Roma Papası Fransisk ilə Rusiya patriarxı Kiril arasında görüş keçiriləcək. Kubanın paytaxtı Havanada keçiriləcək görüşdə xristian dünyasının hazırki vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.

***

İlham Əliyev Münhen konfransında



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. Prezident İlham Əliyev fevralın 12-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geopolitikası üzrə enerji siyasəti” mövzusunda “dəyirmi masa”da iştirak edib.

***

Dünyanı heyrətə gətirən körpə...

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

Qarabağın `açarı` kimdədir?

`Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcək. Səfər zamanı biz qarşıdurma riskinin azaldılması və dialoqun inkişaf etdirilməsi ilə bağlı təkliflər təqdim edəcəyik`. Bunu ATƏT-in Amerikadan olan həmsədri Ceyms Uorlik müsahibəsində bildirib.

***

İlham Əliyev: `Bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq`

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak edib.

***

“Günəşli” yanğından sonra



Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülünə səfər edib. SOCAR-dan verilən məlumata görə, əvvəlcə, özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti