Atəşkəs 8 istiqamətdə pozulub

Atəşkəs 8 istiqamətdə pozulub
  09 İyul 2013    Oxunub:1312
Ermənilər dünən və bu gecə də atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri də atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti