Obama müsəlmanları təbrik edib

Obama müsəlmanları təbrik edib
  09 İyul 2013    Oxunub:1221
ABŞ prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu müqəddəs ayda müsəlmanlara sevinc, dinclik və anlayış arzulayıb.

"Müqəddəs ay Ramazanın başlaması münasibətilə həyat yoldaşım Mişellə bütün dünyadakı müsəlman cəmiyyətinə ən yaxşı diləklərimi çatdırıram. Müsəlman üçün Ramazan sözün əsl mənasında inam, qarşılıqlı anlayış və möminlik dövrüdür. Ramazan, ailə və dostlarıbir yerə yığışmağa, sülhə, ədalətə və şəfqətə bağlılıq prinsipinə, fərqli inancda olan insanların bir-birinə qarşı ehtiramlarına gözəl şərait yaradır”.-deyə o təbrikdə bildirib.

Obama vurğulayıb ki, bu ay, insanlara azadlığın, hörmətin və dəyərli imkanların insanlıq üçün inkaredilməz hüquqlar olduğunu xatırladır:
“Orta Şərqdə, Şimali Afrikada evlərindən uzaq, gündəlik ehtiyaclardan məhrum olan milyonlarla qaçqınlarımız var. Biz Amerika olaraq, bütün insanların öz gələcəklərini özlərinin təmin etməsinin və inanclarını azad şəkildə həyata keçirməsinin tərəfdarıyıq və bunun üçün onların yanındayıq”.-deyə Obama əlavə edib.

Obama, 4 il ərzində Ağ Evdə təşkil olunan iftar süfrələrinə ev sahibliyi etməkdən qürur duyduğunu deyib.

Mirvari





Teqlər:  





Xəbər lenti