Xalq yazıçısı II Fəxri Xiyabanda dəfn oluna bilər

Xalq yazıçısı II Fəxri Xiyabanda dəfn oluna bilər
  09 İyul 2013    Oxunub:1299
Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu dünyasını dəyişib.
AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verib. O bildirib ki, ötən gün AYB üzvləri xalq yazıçısına baş çəkib: “Biz ötən gün Gülhüseyn müəllimə baş çəkdik. Amma o ağır xəstə idi, heç nə yemirdi. Həm də çox yaşlanmışdı. Artıq 90 yaşı var idi. Buna baxmayaraq biz planlaşdırırdıq ki, Yazıçılar Birliyi olaraq onun 90 illik yubileyini təmrtəraqlı şəkildə qeyd edək”.

Ə.Əsgəroğlu deyib ki, yazıçının harada dəfn olunacağı dəqiq məlum deyil: “Dəfn mərasimi bu gün, Bakıda keçiriləcək. Ehtimal olunur ki, yazıçı ya II Fəxri Xiyabanda, ya da ailəsinin istəyinə uyğun olan yerdə də dəfn olunacaq”.

Qeyd edək ki, Gülhüseyn Hüseynoğlu antisovet "İldırım" təşkilatının qurucularından biri kimi uzunmüddətli katorqa cəzasına məhkum edilmişdi.

O, Mikayıl Müşfiq barədə elmi monoqrafık əsərlərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınır.
Allah rəhmət eləsin!

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti