Yeni ictimai nəzarət mexanizmi hazırlanır
Şura sədri bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası müəyyən mexanizmlərin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim edib: “Bəzən yerli icra hakimiyyəti orqanları İctimai şuraların yaradılması ilə bağlı mövcud qanunvericiliyə əməl etmir, yaxud da şəffaflıq prinsipinə söykənməyərək bir günün içərisində ictimai şuraların yaradıldığını elan edirlər. Əsas ali məqsədimiz ictimai nəzarətin təminatına kölgə salacaq qanunsuzluqları aradan qaldırmaqdır. Bunun üçün də müvafiq orqanlar tərəfindən ictimai şura yaradılmalıdır. Bununla da həmin müvafiq orqan Prezident və Prezident Administrasiya ilə bilavasitə təmasları təmin edə bilsin".
Xatırladaq ki, yeni qanun layihəsində İctimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. Yeni qanun layihəsi 17 maddədən ibarətdir. Bundan başqa, İctimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar vasitəsilə həyata keçiriləcək. İctimai şuralarda qeyri-hökumət təşkilatları, KİV, həmkarlar ittifaqı, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilər.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


