Bakıda oğurluq edən dəstə tutuldu

Bakıda oğurluq edən dəstə tutuldu
  15 Fevral 2016    Oxunub:1561
Bakıda mağazalardan oğurluq edən cinayətkar dəstə zərərsizləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 12-nə keçən gecə, C.Kərimov küçəsində Elşən Rəfiyevə məxsus mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Faiq Mikayılov, 1985-ci il təvəllüdlü Namiq Qurbanov, 1991-ci il təvəllüdlü Anar Kərimov, Sumqayıt şəhər sakinləri - 1988-ci il təvəllüdlü Telman Əhmədov, 1990-cı il təvəllüdlü Nizami Bayramov, 1991-ci il təvəllüdlü Yaqub Qəniyev və əvvəllər məhkum olunan Məhəbbət Əhmədov tutulub.

Müəyyən edilib ki, onlar fevralın 12-nə keçən gecə Zığ yolu küçəsində Şahmalı Əlizadəyə məxsus mağazadan, qapını sındırmaqla 740 manat, planşet və ərzaq malları oğurlayıblar.

AzVision.az


Teqlər:  






Xəbər lenti