Çaylarda mövcud vəziyyət necədir?
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 83 m3/s olmaqla, ongünlük normanın 118 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 36 m3/s təşkil edərək ongünlük normanın 51 faizinə bərabər olub.
Fevralın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə edilib. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 11, Bankədə 4 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 431 sm (2015-ci il fevralın 15-də 354 sm), Şirvanda 309 sm (2015-ci il fevralın 15-də 189 sm), Salyanda 260 sm (2015-ci il fevralın 15-də 130 sm), Bankədə 205 sm (2015-ci il fevralın 15-də 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 164 sm (2015-ci il fevralın 15-də 105 sm) təşkil edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


