Sumqayıt sakini Xəzərdə batıb

Sumqayıt sakini Xəzərdə batıb
  15 Fevral 2016    Oxunub:1454
Sumqayıtda bir nəfər dənizdə batıb.
AzVision.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıb.


Teqlər:






Xəbər lenti