SOCAR-dan tələbələrə şad xəbər

SOCAR-dan tələbələrə şad xəbər
  15 Fevral 2016    Oxunub:2041
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Daxili Təqaüd müsabiqəsinə start verib.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, müsabiqə 2015-2016-cı tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələri arasında keçirilir:

“Təqaüdün aylıq məbləği 100 AZN təşkil edir. Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidir. Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada 7 mart 2016-cı il tarixə qədər davam edəcək”.

AzVision.az


Teqlər:






Xəbər lenti