Məhkum silahını təhvil verib

Məhkum silahını təhvil verib
  16 Fevral 2016    Oxunub:1293
Məhkum silahını təhvil verib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, faktın üstü Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində açılıb.

Belə ki, 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən, 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Ramin Qafar oğlu könüllü olaraq bir ədəd odlu silah hesab edilən, 9 mm kalibrli “Valtro-85 Combat” tipli tapançanı təhvil verməyə razı olduğunu bildirib. R.Məmmədovun xahişi ilə onun tanışı, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü vətəndaş Həşimov Zamir Əhədəli oğlu tərəfindən qeyd olunan silah Penitensiar Xidmətin əməkdaşlarına təqdim olunub. Odlu silah aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti