`Rusiya-Türkiyə münasibətləri arzuolunan deyil` - Məmmədyarov
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "The Business Year" jurnalına müsahibəsində bəyan edib.
E.Məmmədyarov təəssüflə bildirib ki, döyüş təyyarəsi ilə bağlı insident iki ölkə arasında münasibətlərə mənfi təsir edib: “Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı durumu heç bir halda Azərbaycan üçün arzuolunan deyil. Deməyə ehtiyac yoxdur ki, həm Türkiyə, həm də Rusiya Cənubi Qafqaz və onun hüdudları xaricində təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib rol oynayır”.
Nazir qeyd edib ki, Azərbaycan bütün mümkün vasitələrlə hər iki ölkə ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır: “Ümid edirik ki, birgə səylərin nəticəsi olaraq Türkiyə və Rusiya arasında münasibətlər dialoq və qarşılıq anlayış yolu ilə normallaşacaq”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


