Taciklər Rusiyada azərbaycanlını soydu

Taciklər Rusiyada azərbaycanlını soydu
  16 Fevral 2016    Oxunub:1580
Rusiyada azərbaycanlıların işlətdiyi obyekt qarət olunub.
AzVision.az xəbər verir ki, hadisə Sankt-Peterburqun Kalinin rayonunda qeydə alınıb. Belə ki, 4 nəfər maskalı şəxs maqazinə daxil olaraq 26 yaşlı azərbaycanlı satıcıya hədə-qorxu gələrək kassada olan 40 min rublu və seyfdəki pulları aparıblar.

Zərərçəkən azərbaycanlı sonradan öz ifadəsində qarətçilərin Tacikistan vətəndaşları olduqlarını bildirib. Hazırda dəyən ziyanın miqdarı hesablanır.

İlkin Nəcəfzadə


Teqlər:  






Xəbər lenti