İlham Əliyev NATO rəsmisi ilə görüşdü
Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə Davosda keçirdiyi müzakirələr zamanı görüşdüyünü məmnunluqla qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının razılıq doğurduğu vurğulandı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bölüvlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olundu.
Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


