Bakıda köhnə binalar söküləcək - Yeni konsepsiya
K.Heydərov bildirib ki, həmin binalarda yaşayan sakinlər yeni mənzillərə köçürüləcək: `Konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək`.
AzVision.az