Büdcə fevralın 23-də müzakirə ediləcək

Büdcə fevralın 23-də müzakirə ediləcək
  16 Fevral 2016    Oxunub:1876
Milli Məclisin fevralın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.
Parlamentdən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxildir.

Gündəliyə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan Prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələrin müzakirəsi salınıb.

Fevralın 23-də keçirilən iclasda prezident İlham Əliyevin imzalamadan Milli Məclisə geri göndərdiyi “Valyuta tənzimi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti