İşçi qrupu hansı işləri görəcək?

İşçi qrupu hansı işləri görəcək?
  16 Fevral 2016    Oxunub:1736
Xəbər verdiyimiz kimi, Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradılıb. İşçi Qrupa Regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib.
Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü, deputat Tahir Rzayev AzVision.az-a açıqlamasında bildirib ki, bələdiyyələrlə bağlı işçi qrupu qanunvericiliyin təkmilləşməsi və təkliflərin öyrənilməsi ilə əlaqədar yaradılıb.

Millət vəkilinin sözlərinə görə, bələdiyyələr, ekspertlər və qeyri-hokumət təşkilatları tərəfindən səslənən təkliflər işçi qrupuna təqdim ediləcək.

“İşçi qrupunun üzvləri birlikdə daxil olan təkliflərə baxacaqlar. Hansılar ki, səmərəli təkliflərdir, onları qanunvercilik aktlarında dəyişiklik edilməsi üçün komitəyə təqdim edəcəklər. Əvvəllər də səmərəli təkliflər olub. İndi də bəl bələdiyyə büdcəsinin formalaşmasında, vergilərin toplanmasında və bələdiyyələrin regionlarda müəyyən iş görməsi ilə bağlı məsələlər qaldırırlar. Onlar həmin təklifləri işçi qrupuna göndərəcəklər. Sonra birgə həmin təkliflər müzakirə olunacaq, səmərəli olan təklif qanun şəklində Milli Məclisə təqdim ediləcək”.

Qeyd edək ki, İşçi Qrupunun rəhbəri millət vəkili Rüstəm Xəlilov təyin edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti