4 ay əvvəl törədilən qətlin üstü açıldı

 4 ay əvvəl törədilən qətlin üstü açıldı
  16 Fevral 2016    Oxunub:1811
22 oktyabr 2015-ci il tarixdə “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində rayon sakini Valeh İsmayılovun meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən AzVision.az-a verilən xəbərdə deyilir ki, polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcəbədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, 17 oktyabr 2015-ci il tarixdə saat 07 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus “VAZ-21015” markalı avtomaşında əlləri ilə boğaraq öldürmüş və üstündə olan pulunu ələ keçiriblər.

Daha sonra cinayətin izini itirmək məqsədi ilə meyiti kanala atıblar. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir


Teqlər:  






Xəbər lenti