Azərbaycandan neftlə bağlı iddialara cavab

Azərbaycandan neftlə bağlı iddialara cavab
  16 Fevral 2016    Oxunub:2050
Azərbaycan neft hasilatı həcmini dondurmağı planlaşdırmır.
AzVision.azxəbər verir ki, bunu Trend-ə energetika nazirinin müavini Natiq Abbasov deyib. Onun sözlərinə görə, ümumdünya neft hasilatında Azərbaycanın payı cüzidir və bu, qiymətin formalaşmasına təsir etmir. Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməcəyək.

Qeyd edək ki, daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycan sutkada təqribən 0,8 milyon barel neft hasil edib. Dünya ixrac hasilatı isə sutkada 95,71 milyon barel təşkil edib.


Teqlər:  





Xəbər lenti