Azərbaycanı `Eurovision`da o təmsil edə bilər

Azərbaycanı `Eurovision`da o təmsil edə bilər
  17 Fevral 2016    Oxunub:4570
Fransanın TF1 telekanalında yayımlanan “The Voice” şousundakı möhrəşəm çıxışı ilə məşhurlaşan müğənni Araz Hümbətli Azərbaycanı “Eurovision 2016” mahnı müsabiqəsində təmsil edə bilər.
Bu barədə sosial şəbəkələrdə təkliflər səsləndirilir.

Kris İsaakın “Wicked” kompozisiyası ilə fransızları heyran qoyan A.Hümbətli AzVision.az-a açıqlamasında ölkəmizi “Eurovision” səhnəsində təmsil etmək istədiyini bildirib.

“”Eurovision”da Azərbaycanı təmsil etmək mənim üçün şərəfdir. Əgər bununla bağlı mənə təklif gəlsə, məmnuniyyətlə qəbul edəcəyəm. Ölkəmizi dünyada tanıtmaq, bayrağımızı yüksəklərə qaldırmaq üçün əlimdən gələni etməyə hazıram”.

İctimai Televiziyavə Radio Yayımları şirkətinin (İTV) sözçüsü Akif Cabbarlı A.Hümbətli ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

“Araz Hümbətlinin “Eurovision”da iştirak etmək şansı digər namizədlərlə bərabədir. Hər şey müsiflərdən aslıdır. Bu barədə bizə hələ müraciət daxil olmayıb. İddiaçılar məlum olandan sonra müsiflər heyəti ən uğurlu namizdi seçəcəklər. Araz Hümbətli də seçim turunda iştirak edə bilər. Müsabiqəyə göndəriləcək iştirakçının adı dəqiqləşdiriləndən sonra İctimai televiziyanın saytında məlumat yayımlanacaq”-deyə İTV rəsmisi qeyd edib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti