Qatil ata, Klintona vurulan qol və Trampın qızı...

Qatil ata, Klintona vurulan qol və Trampın qızı...
  17 Fevral 2016    Oxunub:2481
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 16-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Türkiyə Yunanıstan sərhədini pozdu - `Döyüş` başladı

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ötən gün Yunanıstanın hava məkanını 22 dəfə pozub, iki halda `virtual hava döyüşləri` baş verib. Bu barədə Yunanıstanın Baş qərargahı xəbər yayıb.

***

Dəhşətli cinayət - 6 yaşlı oğlunu öldürdü

Beyləqanda dəhşətli qətl törədilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Prezident DTX-nın səlahiyyətini artırdı
Dövlət Təhlükəsizliyi Xidmətinə yeni vəzifə həvalə olunub. Bu, Аzərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə 15 fevral 2016-ci il tarixli fərmanında əksini tapıb.

***

`Putinlə təkcə mən danışa bilərəm` – Donald Tramp
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Tramp Cənubi Karolina ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı Rusiyaya olan sevgisini etiraf edib.

***

Qısqanc kişilərin törətdiyi qətllər - Statistika

“2015-ci ilin üç ayında ailədaxili zorakılıq, qısqanclıq zəmnində 168 cinayət faktı qeydə alınıb. Məişət zorakılığı ilə bağlı risk daha çox Cənub və Qərb zonalarında baş verib”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

***

Almaniyanın Qarabağla bağlı mövqeyi: `Bu təkliflə razı deyilik`
Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensivləşdirilməsi lehinə çıxış edir. Bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer bildirib.

***

Putinə edilən təklif İrəvanı qorxuya salıb

1921-ci ildə imzalanan Moskva sazişinin ləğv olunması təşəbbüsü Ermənistan üçün sərfəli deyil. Onun müəllifləri bizi müharibəyə cəlb etmək istəyirlər. Bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistanın Xalq Partiyasının rəhbəri Tiqran Karapetyan bildirib.

***

NATO Qarabağın həllində Minsk qrupunu dəstəkləyir

`Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır`. Bunu Bakıda jurnalistlərə açıqlamasında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Onun sözlərinə görə, Azərbaycan xüsusilə enerji təhlükəsizliyi baxımından NATO üçün strateji əhəmiyyət kəsb edir.

***

Bakıda köhnə binalar söküləcək - Yeni konsepsiya

`Bakıda yeni tikinti layihəsi həyata keçiriləcək`. Bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun sözlərinə görə, Bakının mikrorayonlarında bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb.

***

Büdcə fevralın 23-də müzakirə ediləcək

Milli Məclisin fevralın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub. Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxildir.

***

NATO Bakıdan Rusiyaya Mesaj göndərdi

“Rusiya Türkiyənin hava məkanını pozmaqdan çəkinməlidir”. Bunu Azərbaycanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Onun sözlərinə görə, gərginliyə səbəb Türkiyə hava məkanının bir dəfədən artıq olmaqla, pozulmasıdır.

***



Azərbaycanlılar Avropada etiraz aksiyaları keçirəcək

Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Azərbaycan diaspor təşkilatları tərəfindən silsilə tədbirlər keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu tədbirlərə elmi-prakitiki konfranslar, "dəyirmi masa"lar, anım yürüşləri, etiraz aksiyaları, fotosərgi, video və film nümayişi, fleşmoblar və s. daxildir.

***

`Rusiya İranın böyük qardaşıdır` – Davudoğlu
Rusiya Suriya və İranın böyük qardaşıdır. Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

***

Zika virusu Azərbaycana yaxınlaşır

Bir neçə gün öncə Rusiyada Zika virusuna yoluxma faktı qeydə alınıb. Adı ictimaiyyətə açıqlanmayan xanımın təhlükəli virusa yoluxması Rusiyada təşvişə səbəb olub. Ölkədə önləyici tədbirlərin görülməsi ilə bağlı rəsmi qurumlar tərəfindən iş aparılır. Rusiya ilə Azərbaycan arasında gediş-gəliş həddindən artıq çox olduğundan Zika virusunun ölkəmiz üçün də təhlükəli olduğu qaçılmazdır. Virusun Azərbaycanın qonşuluğa qədər gəlib çatması əhali arasında müəyyən narahatçılıq yaradıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, Zika virusuna görə narahat olmaq lazım deyil.

***

170 min dollar rüşvət alan aparat rəhbəri ölkədən qaçdı

Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanovun ölkədən nə vaxt qaçdığı məlum olub. Vəkil Adəm Məmmədov bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, S. İmanov bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk edib. Ölkədən qaçmazdan əvvəl isə Azərbaycanda olan bütün mülklərini satıb.

***

İran da nefti hasilatını dondurur

İran və İraqda neft hasilatını dondurmaq barədə qərar qəbul ediblər. Bu barədə Venesuela neft naziri Evlohio del Pino bildirib.

***

Reuters: Azərbaycan neft hasilatını dondurmayacaq

Neft hasil edən ölkələr təşkilatına (OPEK) daxil olmayan Azərbaycan neft hasilatı səviyyəsini dondurmaq niyyətində deyil. Bu barədə `Reuters` məlumat yayıb.

***

Trampın qızı hamını heyran qoydu – FOTO (VİDEO)

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın qızı podiumda debüt edib. Tiffani Tramp Nyu-Yorkda moda həftəsi çərçivəsində podiuma çıxıb. O, `Just Drew` brendinin modelini nümayiş etdirib.

***

Prezident baş naziri istefa verməyə çağırdı

Ukrayna prezidenti Pyotr Poroşenko baş prokuror Viktor Şokin və baş nazir Arseni Yatsenyuku istefaya çağırıb. Bu barədə Ukrayna prezidentinin saytında yerləşdirilən müraciətdə qeyd olunub.

***



Klintona vurulan qol... – Ötən gün FOTOLARDA

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir.

***

15 yaşı olmayanlara da şəxsiyyət vəsiqəsi veriləcək

Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi 2020-ci il yanvarın 1-dək veriləcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

***

İlham Əliyev Tovuza gedib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfərə gedib.

***

Dünya Bankının regional direktoru Bakıya gəlir

***

Azərbaycanı `Eurovision`da o təmsil edə bilər

Fransanın TF1 telekanalında yayımlanan “The Voice” şousundakı möhrəşəm çıxışı ilə məşhurlaşan müğənni Araz Hümbətli Azərbaycanı “Eurovision 2016” mahnı müsabiqəsində təmsil edə bilər. Bu barədə sosial şəbəkələrdə təkliflər səsləndirilir. Kris İsaakın “Wicked” kompozisiyası ilə fransızları heyran qoyan A.Hümbətli AzVision.az-a açıqlamasında ölkəmizi “Eurovision” səhnəsində təmsil etmək istədiyini bildirib.

***

Azərbaycanlı milyarder dövlət şirkətini satın alır

Rusiyanın "Lukoyl" şirkəti "Başneft" dövlət şirkətinin nəzarət paketini almağa hazırdır. Bu barədə "Lukoyl" şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov bildirib.

***

Ana qız uşağına görə küçəyə atıldı - VİDEO

Onun günahı dünyaya qız uşağı gətirməsidir. Dediyinə görə əri qız uşağını namusuna ləkə hesab edərək onu evdən çıxmağa vadar edib. Aysel Əhmədova adlı bu qadın hamilə vaxtı bir neçə dəfə həkimə gedib və ona övladının oğlan olduğunu deyiblər. Amma doğuma az qalmış uşağın qız olacağını məlum olanda ağır günlər başlayıb.

***



`İstənilən böhrandan üzüağ çıxacağıq` - İlham Əliyev

“Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı sürətlə inkişaf etsin. Çünki kənd təsərrüfatının inkişafı iş yerlərinin açılması, yerli istehsalın yaradılması deməkdir. Eyni zamanda, hesab edirəm ki, kənd təsərrüfatı neft və qazdan sonra bizim əsas ixrac məhsulumuz olmalıdır və olacaqdır”. Bu sözləri prezident İlham Əliyev fevralın 16-da Tovuz rayonunun ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

***

Ruslar Türkiyədə məğlub oldular - VİDEO

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə "Fənərbağça" "Lokomotiv"i (Moskva) qəbul edib. Oyunun 18-ci dəqiqəsində “Fənərbaxça” təmsilçisi Souza oyunda hesabı açıb.

İlk hissə türklərin üstünlüyü ilə başa çatıb. İkinci hissə də Türkiyə təmsilçisinin üstünlüyü ilə keçib. 72-ci dəqiqədə Souza türkləri ikinci dəfə sevindirib. Bu, matçda sonuncu qol olub. Qalmaqallı görüş Türkiyə klubunun 2:0 hesablı qələbsi ilə başa çatıb.

***

Putin iranlı nazirlə məxfi danışıqlar apardı

Rusiya prezidenti Vladimir Putin İranın müdafiə naziri Hüseyn Dehqanı ilə görüşüb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

***

Prezident məmurların işini nəzarətə götürür

Azərbaycan prezidenti vəzifəli şəxslər tərəfindən torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasını nəzarətə götürəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə 15 fevral 2015-ci il tarixli fərmanında əksini tapıb.

Hazırladı: Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti