AXCP Müsavatla dialoqdan imtina etdi
Onun sözlərinə görə, AXCP fəaliyyət istiqamətini Milli Şura ilə birgə qurduğundan Müsavatla dialoq aparmağa ehtiyac duymur: “Kimlərsə iqtidar və müxalifət partiyaları ilə dialoqa gedərək ölkənin problemlərini həll etmək istəyirsə, buyursunlar. Bizim belə bir fikrimiz yoxdur”.
G.Bayramlı bildirib ki, Müsavat AXCP-ni gözdən salmağa çalışır: “Kimin nə iş gördüyü, hansı mövqeyə sahib olduğunu hamı gözəl bilir. Müsavat bizi gözdən salmağa çalışsa da, bu baş tutmayacaq”.
Qeyd edək ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı iqtidar və AXCP də daxil olmaqla müxalifət partiyaları ilə dialoq keçirməyə hazır olduqlarını bildirib.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


