Paytaxtın 5 rayonunda qaz olmayacaq

Paytaxtın 5 rayonunda qaz olmayacaq
  17 Fevral 2016    Oxunub:2031
Bu gün Bakının Abşeron, Xəzər, Sabunçu, Nizami, Binəqədi rayonlarının, eləcə də Qax və Sabirabad rayonlarının bir hissəsində təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az-a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, məcburi köçkün ailələri üçün tikilmiş fərdi yaşayış evlərinin, poçt, inzibati, ambulator binalarının və 150 şagird yerlik orta məktəbin qazanxanasının qazlaşdırılması, yeni çəkilmiş diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 17 fevral, saat 09:30-dan işlər yekunlaşanadək Abşeron rayonunun Masazır, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Sabunçu rayonunun Bakıxanov, Nizami rayonunun Keşlə, Binəqədi rayonunun Sulutəpə qəsəbələrində, Qax və Sabirabad rayonlarının isə bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.


Teqlər:





Xəbər lenti