Dövlət Miqrasiya Xidmətindən
AzVision.az-a bildiriblər ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasının sədri vəzifəsinə Xidmət rəisinin müavini Pərviz Musayev təyin edilib. Şura Katibliyinin rəhbəri və tərkibi də təsdiq edilib. Yeddi nəfərdən ibarət olan Apellyasiya Şurasının tərkibinə Xidmətin struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir.
Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Həmçinin Şuranın fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
AzVision.az