2016-cı il yanvarın 1-dək müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 5737-i dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, qalan 497-i isə fermerlərə və iş adamlarına satılıb. Həmin müddətədək 8 modeldə, müxtəlif modifikasiyalarda 2578 MAZ avtomobili yığılaraq istifadəyə verilib.
Bildirilib ki, “Addım-addım yeni uğurlara doğru irəli” devizi ilə çalışan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi dövlət başçısının diqqət və qayğısını daim hiss edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müəssisənin işini müsbət qiymətləndirib, 2014-cü ildə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə birliyin bir sıra əməkdaşlarını yüksək orden, medal və fəxri adlarla təltif edib.
AzVision.az