YAP-dan sərt bəyanat: `Bizə qarşı təbliğat aparılır`
Məlumatda bildirilir ki, partiyaya qəbul onun Nizamnaməsində müəyyən olunmuş prinsiplərə uyğun şəkildə həyata keçirilir və 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının Yeni Azərbaycan Partiyasına qəbul olunmaq haqqı təsbit olunur: "YAP-ın sıralarında bu gün bütün nəsillərin nümayəndələri fəaliyyət göstərir, bütün yaş təbəqələri təmsil olunur.Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına misilsiz töhvələr vermiş yaşlı nəslin nümayəndələrinin partiyanın yaranmasında, möhkəmlənməsində, siyasi və ictimai nüfuzunun artmasında xidmətlərini daim yüksək qiymətləndirib və bu gün də qiymətləndirir. Xüsusi qürur hissi ilə qeyd etmək yerinə düşər ki, YAP-ın sıralarında yaşlı və gənc nəsillərin nümayəndələrinin qarşılıqlı faydalı əməkdaşlığı siyasi proseslərdə nəsillərin varisliliyi prinsipinin təcəssümünə ən yaxşı misaldır. Biz eyni zamanda onu da məmnunluqla vurğulayırıq ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan, enerjisini çiçəklənən sabahımız uğrunda sərf edən gəncliyin Yeni Azərbaycan Partiyasının sıralarında geniş təmsil olunması partiyamızın böyük gələcəyindən xəbər verir".
“Yeni Azərbaycan Partiyasını ölkənin bütün təbəqələrinin, nəsillərinin, demoqrafik qruplarının nümayəndələrindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycançılıq və milli birlik ideyalarını real həyatda təcəssüm etdirən Yeni Azərbaycan Partiyasının gücünü və qüdrətini təmin edən mənbələrdən biri məhz bundan ibarətdir”, - deyə məlumatda qeyd olunur.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


