Xocalı soyqırımına görə 39 nəfər axtarışa verilib
“1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərlə bağlı cinayət işi 1992-ci il fevralın 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən başladılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb”.
R. Məmmədov bütün cinayət işlərinin bir icraatda birləşdirildiyini söyləyib: “2005-ci ilin may ayında cinayət işinin istintaqına nəzarət Respublika Hərbi Prokurorluğuna həvalə edildikdən sonra, həmin ilin iyul ayında cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilərək hazırda Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində istintaq edilir”.
Elvin Abdulqədirov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


