Daha bir marşrutun istiqaməti dəyişdi

Daha bir marşrutun istiqaməti dəyişdi
  17 Fevral 2016    Oxunub:2053
"BakuBus" MMC-nin 3 saylı marşrut xəttinin hərəkət istiqamətində müəyyən dəyişikliklər olub.
AzVision.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

“Sərnişinlərdən daxil olan müraciətləri nəzərə alaraq və sərnişinlərin hərəkət trayektoriyasını daha əlverişli etmək məqsədilə 3 saylı marşrut xəttimizin istiqamətində bir qədər dəyişiklik etdik. Belə ki, aşağıdakı cədvəldə Azadlıq metro stansiyasının önündən hərəkət edərkən 3 saylı avtobus Məmməd Araz küçəsindən sonra Həsən Əliyev küçəsinə, Tofiq Bəhramov adına stadiona və Bədən Tərbiyəsi və İdman Akademiyasının önündən keçməklə Gənclik metro stansiyasına çıxacaq”, - deyə N.Allahyarova bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti