Məmmədyarovun müavini sədr oldu

Məmmədyarovun müavini sədr oldu
  17 Fevral 2016    Oxunub:2332
Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) Apellyasiya Şurası və Apellyasiya Şurasının katibliyi yaradılıb.
Azərbaycan XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda deyilir ki, Şura Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 3 fevral tarixli fərmanindan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə yaradılıb.

Bu gün xarici işlər nazirinin müavini Nadir Hüseynovun sədrliyi ilə Apellyasiya Şurasının ilk iclası keçirilib.

İclasda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təkrar şikayətlərinə Apellyasiya Şurasında baxılması ilə bağlı müvafiq təşkilati-hazırlıq işlərinin həyata keçirildiyi bildirilib.

Qeyd edilib ki, Şuranın yaradılmasında əsas məqsəd ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması mexanizminin təkmilləşdirilməsidir.


Teqlər:  






Xəbər lenti